Çayxanada yoxlama keçirildi, nöqsanlar aşkarlandı - FOTO

Çayxanada yoxlama keçirildi, nöqsanlar aşkarlandı - FOTO

Hazırda oxunan: Çayxanada yoxlama keçirildi, nöqsanlar aşkarlandı - FOTO

589905

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Qurtuluş prospekti, 96 ünvanında fiziki şəxs Rasif Təyyar oğlu Qəhrəmanova məxsus çayxanada aparılmış yoxlama zamanı normativ-hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, obyekt sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərir, qida məhsulları ilə təmasda olan səthlər yuyulabilən və korroziyaya davamlı materialla üzlənməyib, havalandırma sistemi quraşdırılmayıb və digər tələblər pozulub.

Çayxananın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO