Azərbaycan beynəlxalq axtarışda olan İran vətəndaşını Özbəkistana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan İran vətəndaşını Özbəkistana təhvil verdi

Hazırda oxunan: Azərbaycan beynəlxalq axtarışda olan İran vətəndaşını Özbəkistana təhvil verdi

589854

Azərbaycan dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 30.03.1970-ci il təvəllüdlü, İran vətəndaşı İmani Ali Abdollahı Özbəkistana təhvil verib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, İmani Ali Abdollah 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib.

Təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO