"Ramiz Mehdiyevin istefası bu gün MÜZAKİRƏ oluna bilər" - Elton Məmmədov

Hazırda oxunan: "Ramiz Mehdiyevin istefası bu gün MÜZAKİRƏ oluna bilər" - Elton Məmmədov

0:00
0:00
58984

Ölkə mətbuatında AMEA-nın Rəyasət Heyətinin bu həftə keçiriləcək iclasında akademiya prezidenti Ramiz Mehdiyevin istefası məsələsini müzakirəyə çıxaracağı ilə bağlı iddialar səsləndirilib.

AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədov da keçiriləcək iclasda Ramiz Mehdiyevin istefasının müzakirəyə çıxarılmasının mümkün olduğunu vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mehdiyev və Məmmədov arasında qalmaqal yeni dövrə qədəm qoydu


Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində bu informasiyanın cəmiyyətə ötürülməsində onun öz siyasəti var:

“Rəyasət Heyətinin iclası hər həftə keçirilir. Lakin eşitdiyimə görə, bu Fizika institutunun illik hesabatdır. Onun gündəliyinə əlavə məsələ kimi daxil olunarsa, təbii ki, rəyasət heyəti səlahiyyətlidir. Onlar ümumi yığıncağın çağrılmasına növbədənkənar qərar verə bilər. Ümumi yığıncağın da növbədənkənar müzakirəyə çıxarılmasında o zaman zərurət yaranar ki, Ramiz Mehdiyev istefa ərizəsini təqdim etsin. Bu ola bilər.

Elton Məmmədov “Ramiz Mehdiyevin istefa məsələsi müzakirəyə çıxarılmalıdırmı?” sualına isə bu cür cavab verib:

“Geçikmişik hətta. Amma təkrar edirəm ki, onun özünəməxsus siyasəti var. İctimaiyyəti çaş-baş salmaq, onun iş prinsipinə yox, deyərdim ki, hobbisinə çevrilib. Ona görə də ictimaiyyət də ayıq-sayıq olmalıdır”.

Sözügedən iddiaların həqiqətə nə qədər uyğun olduğunu öyrənmək üçün AMEA-nın mətbuat xidməti ilə əlaqə saxladıq. 

Qurumun mətbuat katibi Azadə Balayeva Bizim.Media-ya verdiyi açıqlamasında Rəyasət Heyətinin hər həftə iclas keçirdiyini bildirib.

“Bu ənənəvi iclasdır. Bu həftəki iclasın gündəliyində isə, sadəcə bir məsələ var: Fizika-riyaziyyat bölməsinin 2021-ci il üçün hesabatı dinləniləcək”, - deyə Azadə Balayeva qeyd edib.

Mətbuat katibi iclasın fevralın 8-də keçiriləcəyini də təkzib edib.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO