HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə - FOTO

HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə - FOTO

Hazırda oxunan: HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə - FOTO

589835

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-mayoru Bəhruz Əhmədov HHQ-nin tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə görüş keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda, o cümlədən HHQ-də aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.
 

Hərbi prokuror qanunçuluğun təmin olunmasının, hüquqi maarifləndirmənin gücləndirilməsinin dayanıqlı xidmət mühitinin formalaşdırılmasında mühüm rol oynadığını bildirib. HHQ komandanı şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, döyüş növbətçiliyinin və tapşırıqların icrasında məsuliyyətin önəmini diqqətə çatdırıb.


Görüş zamanı, həmçinin şəxsi heyətin xidməti fəaliyyəti, hərbi intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, eləcə də hərbi qulluqçuların hüquq və vəzifələri ilə bağlı məsələlərdən danışılıb.

Görüş çərçivəsində hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.

Sonda şəxsi heyətə xidmətdə uğurlar arzulanıb, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO