Qaxın turizm xəritəsi hazırlandı – FOTO

Qaxın turizm xəritəsi hazırlandı – FOTO

Hazırda oxunan: Qaxın turizm xəritəsi hazırlandı – FOTO

589797

Şimal-Qərb bölgəsi ölkəmizin ən perspektivli və cəlbedici turizm imkanlarına mailk rayonlarından hesab olunur. Qax rayonu da onların sırasında özünəməxsusluğu ilə seçilir.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov məlumat verib.
 

İdarə rəisi bildirib ki, artıq bir müddət idi ki, bölgə rayonlarının daha yeni və müasir turizm marşrutları - xəritəsi üzərində iş aparılırdı. Nəhayət ki, onlardan birini hazırlayıb təqdim edə biliblər.


Burada Qax rayonunun tarix-memarlıq abidələri ilə yanaşı, kənd yaşıl turizm marşrutları, dağlar, şəlalələr ümumiyyətlə hər bir turizm məkanı nəzərə alınıb.

Yeni xəritə təsdiqləndikdən sonra yerli turizm informasiya xidmətinin əməkdaşları onun təqdim edilməsi məqsədi ilə bölgədəki turizm məkanlarına baş çəkib, həmkarları ilə xəritənin təqdimatını edib, məlumat mübadiləsi aparıblar. Yeni turizm xəritəsinin ölkəmizdə fəaliyyət göstərən bütün turizm bürolarına da paylanması nəzərdə tutulur.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO