Silah alveri edən şəxslər tutuldu - FOTO

Silah alveri edən şəxslər tutuldu - FOTO

Hazırda oxunan: Silah alveri edən şəxslər tutuldu - FOTO

589666

Bərdə Rayon Polis Şöbəsinin əməkaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahların əldə edilməsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, tədbirlərlə müəyyən edilib ki, Ağcabədi rayon sakini 25 yaşlı Sahil Kərimzadə və onunla qabaqcadan əlbir olan həmyerlisi 27 yaşlı İntiqam Rüstəmov qanunsuz odlu silahların satışını təşkil ediblər.

Qrup üzvlərindən biri, S.Kərimzadə, Bərdə rayonu ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı yük yerindən pul müqabilində satmaq üçün gətirdiyi 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara aid 2 ədəd patron darağı və 60 ədəd patron aşkar olunaraq götürülüb.

Tədbirin davamı olaraq odlu silah-sursatı qanunsuz şəkildə əldə edərək saxlayan İ.Hüseynov da Xocavənd rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.

Onlardan ümumilikdə 4 ədəd “Kalaşnikov” avtomatı, 4 patron darağı və 60 ədəd patron götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO