“Parklanma problemindən cəmiyyətin canını qurtaracağıq” – BNA söz verdi

“Parklanma problemindən cəmiyyətin canını qurtaracağıq” – BNA söz verdi

Hazırda oxunan: “Parklanma problemindən cəmiyyətin canını qurtaracağıq” – BNA söz verdi

58966

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda parklanma islahatının aparılması üçün konsepsiya hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə ARB kanalının efirində yayımlanan “Peşəkar müsahibə” verilişində qurumun İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov deyib.

“İki il əvvəl şəhərin parklanma islahatının həyata keçirilməsi ilə bağlı beynəlxalq səviyyədə tanınmış parklanma şirkətini dəvət etdik, araşdırmalar aparıldı. Nəticədə bu araşdırma sənədi BNA tərəfindən müzakirə edilərək qəbul edildi”, deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu sənəd Nazirlər Kabinetinə təqdim edilib və hazırda aidiyyatı dövlət qurumları ilə razılaşdırma prosesindədir: 

"Ümid edirik ki çox yaxın zamanlarda bu prosedurları da sonlandıracağıq, nəhayət pərakəndə parklanma problemindən cəmiyyətin canını qurtaracağıq və sistemli parklanma islahatını tətbiq edə biləcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO