Astarada ağır qəza: Ər-arvad xəsarət aldı

Astarada ağır qəza: Ər-arvad xəsarət aldı

Hazırda oxunan: Astarada ağır qəza: Ər-arvad xəsarət aldı

589529

Astara rayonunda Hamuşam kənd sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil Şüvi kənd sakini 1980-ci il təvəllüdlü Muxtar Rəhimovun sürdüyü mopedlə toqquşub.

Bizim.Media xəbər verir ki, hadisə Ərçivan qəsəbəsində baş verib.
 

Qəza nəticəsində mopeddə olan Muxtar Rəhimov və həyat yoldaşı, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıblar.


Yaralılar Lənkəran rayon xəstəxanasına aparılıb, onlara ilkin tibbi yardım göstərilib. Həkimlər Lalə Aslanovanın vəziyyətini ağır qiymətləndirir.

Moped sürücüsünün sözlərinə görə, avtomobilin sürücüsü dönmə manevrini düzgün etməyib və qəza olub. Hadisə ilə bağlı araşdırma davam edir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO