Namiq Məna həmin qəzadan DANIŞDI - "Hələ də özümə gələ bilmirəm"

Namiq Məna həmin qəzadan DANIŞDI - "Hələ də özümə gələ bilmirəm"

Hazırda oxunan: Namiq Məna həmin qəzadan DANIŞDI - "Hələ də özümə gələ bilmirəm"

589515

Tanınmış meyxanaçı Namiq Məna qızının və onun ailəsinin son durumunu açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Namiq Mənanın qızı, kürəkəni və nəvəsi ağır qəzaya düşdülər – VİDEO


Bizim.Media-ya danışan meyxanaçı övladının və ailəsinin vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirdib.

Qeyd edək ki, sosial şəbəkələrdə Namiq Mənanın qızının xəstəxanada müalicə aldığı ilə bağlı iddialar yayılıb. Meyxanaçı bunu təkzib edərək onların öz evlərində olduğunu diqqətə çatdırıb.

Namiq Məna hadisədən çox böyük sarsıntı keçirdiyini bildirib: 

"Hələ də özümə gələ bilmirəm. Özüm onları yola salmışdım. Axşam qızım qəzadan sonra zəng edib mənə xəbər verdi. Yerli əhalinin köməyi ilə maşından çıxa biliblər. Bəxtimiz gətirib ki, təkər kola ilişib yoxsa dərəyə yuvarlanardı. Hələ də özümə gələ bilmirəm, qəza anında qışqırıq səsləri qulağımdadır”.  

Meyxanaçı bildirdi ki, əslində kürəkəni çox təcrübəli sürücüdür, maşın da qışa hazırlıqlı vəziyyətdə olub, qış təkərləri ilə təmin olunub: “Rusiyada yaşayıb maşın sürmüş adamdır. Sadəcə Rusiyada buzlu yollarla, bizim yollar arasında fərq var. Bizdə torpaq qatı fərqlidir, daha sərtdir”. 

Sənətçi diqqətə çatdırdı ki, hadisənin baş verdiyi Təngəaltı yolu çox naqolay aşırımdır. Orda illər əvvəl avtobud da aşmışdı.

Xatırladaq ki, sözügedən yol-nəqliyyat hadisəsi yanvarın 3-də baş verib. Meyxanaçının qızının və nəvəsinin olduğu “KIA” markalı minik avtomobili buzlu yolda idarəetmədən çıxıb qayadan aşıb.


Hadisəni anbaan sənətçinin 12 yaşlı nəvəsi lentə alıb. Qəza nəticəsində onun qızı, kürəkəni və nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO