Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verən mina hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Füzuli Rayon Mərkəzi Xəstəxanası yayıb.
Mənbə qeyd edir ki, xəsarət alan şəxsin vəziyyəti orta ağırdır.
"Yanvarın 7-si saat 13:00-da Cəbrayıl rayonda baş verən mina partlayışı səbəbi ilə xəsarət alan 1985-ci il təvəllüdlü (kişi) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib.
Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib. (Oxu.az)
Bizim.Media
































































































