SON DƏQİQƏ: Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

SON DƏQİQƏ: Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

Hazırda oxunan: SON DƏQİQƏ: Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

589493

Rusiyada 1 gün, 3 gün, 30 gün, 90 gün və digər müddətlər üçün nəzərdə tutulan limitsiz ictimai nəqliyyat paketləri uzun illərdir tətbiq olunur. Bu cür təcrübənin Azərbaycanda da mümkün olub-olmadığı maraq doğurur.

Bəs, bu cür limitsiz gediş paketləri Azərbaycanda tətbiq edilə bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu istiqamətdə mühüm addımlar artıq atılıb.
 

“Yanvarın 1-dən etibarən brutto kontraktların tətbiqinə başlanılması məhz belə bilet paketlərinin formalaşdırılmasına imkan yaradan əsas mexanizmdir”.


Ekspert qeyd edib ki, bununla belə, ilk növbədə bütün daşıyıcıların tam nağdsız ödəniş sisteminə keçməsi vacibdir.

“Hazırda nəqliyyat şəbəkəsində təxminən 15 faiz marşrut xəttdə olan avtobuslar hələ də nağd ödənişlə fəaliyyət göstərir. Bu problemin aradan qaldırılmasından sonra gündəlik, aylıq və uzunmüddətli bilet paketlərinin tətbiqi mümkün olacaq”.

Rauf Ağamirzəyev əlavə edib ki, paralel olaraq tələbələr, müharibə veteranları üçün güzəştlərin tətbiqi, eləcə də bir nəqliyyat növündən digərinə keçid zamanı 90 dəqiqəlik pulsuz tranzit vaxtının verilməsi də vacibdir.
 

“Bu, xüsusilə uzaq ərazilərdən gələn vətəndaşların nəqliyyat xərclərini optimallaşdırmağa kömək edəcək”.


Ekspert vurğulayıb ki, bu tip həllər Rusiyada və Gürcüstanda artıq illərdir uğurla tətbiq olunur və mövcud islahatların davamı olaraq bu il ərzində Azərbaycanda da tam keçidin baş verməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO