Partlayışda ölən SOCAR-ın işçisi imiş – RƏSMİ

Partlayışda ölən SOCAR-ın işçisi imiş – RƏSMİ

Hazırda oxunan: Partlayışda ölən SOCAR-ın işçisi imiş – RƏSMİ

589492

“SOCAR Petroleum” QSC bu gün Qazaxda baş verən partlayışla bağlı məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Qazaxda yanacaq daşıyan maşın yandı - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, məlumatda bu gün Qazax rayonunun Xanlıqlar kəndi ərazisində QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayışla qeydə alınan yanğın hadisəsi baş verdiyi bildirilib.

Qeyd olunub ki, partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib.

“Yanğın hadisəsi ilə bağlı dərhal FHN-ə məlumat verilib. Hadisə yerinə çevik olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
 

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb.

 

Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan Şəmil Zabit oğlu həyatını itirib. Həyatını itirən həmkarımıza Allahdan rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Hazırda yanğının başvermə səbəbləri araşdırılır”, - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO