SON DƏQİQƏ! Cəbrayılda mina partladı - Xəsarət alan var

SON DƏQİQƏ! Cəbrayılda mina partladı - Xəsarət alan var

Hazırda oxunan: SON DƏQİQƏ! Cəbrayılda mina partladı - Xəsarət alan var

589468

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yanvarın 7-də mina hadisəsi baș verib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
 

"Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.


Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur", məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO