Xəbər verdiyimiz kimi, Qazax rayonunun Xanlıqlar kəndi ərazisində, Qazax Neft Baza Sahəsinin həyətində yanacaq daşıyan “MAN” markalı avtomobil yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
MÖVZU İLƏ BAĞLI:
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb.
Nəticədə Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimov həyatını itirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ölüm faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
































































































