“Ağ saray”da toy zamanı oğurluq - 23 yaşlı gənc həbs olundu

“Ağ saray”da toy zamanı oğurluq - 23 yaşlı gənc həbs olundu

Hazırda oxunan: “Ağ saray”da toy zamanı oğurluq - 23 yaşlı gənc həbs olundu

589461

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” şadlıq sarayında toyda masanın üzərinə qoyulan telefon oğurlanıb.

Bizim.Media xəbər verir ki, hadisəni törədən Kərim Məmmədov (ad-soyad şərtidir) inzibati qaydada 23 gün müddətinə həbs olunub.
 

Maraqlıdır ki, 23 yaşlı gənc telefonu oğurladıqdan sonra vatsap tətbiqinə daxil olaraq, telefon sahibinin adından onun tanışlarından borc pul istəyib və 230 manat mənimsəyib.


O, vətəndaş Əlihüseyn Kərimovun müraciəti əsasında Binəqədi polisi tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs əməli etiraf etsə də, dəymiş ziyanı ödəməyə maddi imkanı olmadığını bildirib. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO