Razi Nurullayev qardaşı oğlunun toyuna dəvət edilməyib? — Məşhur toyla bağlı qalmaqallı AÇIQLAMA

Razi Nurullayev qardaşı oğlunun toyuna dəvət edilməyib? — Məşhur toyla bağlı qalmaqallı AÇIQLAMA

Hazırda oxunan: Razi Nurullayev qardaşı oğlunun toyuna dəvət edilməyib? — Məşhur toyla bağlı qalmaqallı AÇIQLAMA

589452

“Yayılan videolar həqiqəti əks etdirir. Bəli, həmin toyda olmuşuq. Toyu mən danışmışdım və bu məsələ ilə bağlı əlaqə saxladığım şəxs bəyin atası Hasil bəy idi”.
 

MÖVZU İLƏ BAĞLI:

Deputatın Dubayda toy edən qardaşını niyə döydülər? - FOTO


Bizim.Media xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında müğənni Nəsimi Məmmədovun prodüseri Azər deyib.

O bildirib ki, bəzi iddialara görə, toyda bir çox müğənni iştirak edib, lakin bu məlumat doğru deyil:

“Tədbirdə Xalq artisti Aygün Kazımova, toyu idarə edənlər - müğənni Nəsimi Məmmədov və aparıcı Nanə Ağamalıyeva olub. Həmin toyda nə Razi Nurullayevi gördük, nə də ona əmi kimi söz verildiyinin şahidi olduq. Açığı, sonradan özümüzə də maraqlı oldu ki, necə olur ki, toyda Razi Nurullayev yox idi. Biz yalnız bəyin atası Hasil Nurullayevi tanıyırıq. O, Sankt-Peterburqda daşınmaz əmlak və tikinti sahəsində biznes fəaliyyəti ilə məşğuldur”.

Xatırladaq ki, ötən gün Dubayın məşhur “The Ritz-Carlton” hotelində keçirilən toy mərasimi Milli Məclisin deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib. Toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO