Hacıqabulda zəncirvari qəza olub.
Bizim.Media xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"QAZel" markalı avtomobillə iki KIA markalı maşın toqquşub. Nəticədə beş nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media





























































































