"Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətindən çıxarılacaq" - Əflatun Amaşov 

Hazırda oxunan: "Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətindən çıxarılacaq" - Əflatun Amaşov 

0:00
0:00
58942

“Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb.

“Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi”, deyə o, qeyd edib.

Əflatun Amaşov bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxladığını deyib:

“Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO