Xəbər verdiyimiz kimi, yanvarın 5-də Salyanda ağır qəza baş verib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, qəza nəticəsində sürücü 32 yaşlı Coşqun Məmmədov, sərnişinləri - 60 yaşlı Vüqar İmanov və onun 36 yaşlı oğlu Tərlan həyatını itirib.
Qeyd edək ki, hadisə vaxtı taksi sürücüsü, Sabirabad rayonunun Muğangəncəli kənd sakini Coşqun Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobil eynimarkalı digər maşınla toqquşub.
Bildirilib ki, C.Məmmədov Moskvada yaşayan və Yeni il münasibətilə kəndə gəlmiş Vüqar İmanovu geridönüş üçün Bakı aeroportuna aparırmış. Həmin vaxt Vüqarın oğlu Tərlan İmanov da onları müşayiət edirmiş.
T.İmanov Sabirabadın Çiçəkli kənd orta məktəbində müəllim işləyirmiş.
Qəzada həyatını itirən şəxslərin fotolarını təqdim edirik:



Bizim.Media





























































































