Siqaret qiymətlərindəki süni artımlarla bağlı MONİTORİNQLƏR BAŞLADI – RƏSMİ

Siqaret qiymətlərindəki süni artımlarla bağlı MONİTORİNQLƏR BAŞLADI – RƏSMİ

Hazırda oxunan: Siqaret qiymətlərindəki süni artımlarla bağlı MONİTORİNQLƏR BAŞLADI – RƏSMİ

589406

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi siqaret və tütün məmulatlarının pərakəndə satış qiymətlərində müşahidə olunan dəyişikliklərlə bağlı istehlak bazarında monitorinqlər aparır.

Bizim.Media xəbər verir ki, bu barədə “report.az”ın sorğusuna cavab olaraq Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na daxil olmayan məhsulların, o cümlədən siqaretlərin qiymətlərini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edir.
 

Bununla belə, Agentlik istehlak bazarında əsassız qiymət dəyişikliyinin qarşısının alınması, eləcə də qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət məqsədilə mütəmadi monitorinqlər həyata keçirir. Bazarda qiymətlərin süni şəkildə artırılması və ya rəqabət mühitinin pozulması halları aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görülür.


Qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar təqdim olunduğu təqdirdə məsələyə Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılır.

Qeyd edək ki, son bir neçə gündə bəzi siqaretlərin qiymətlərində artım müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO