1188 nəfər zəhərlənib, 46 nəfər həyatını itirib – RƏSMİ

1188 nəfər zəhərlənib, 46 nəfər həyatını itirib – RƏSMİ

Hazırda oxunan: 1188 nəfər zəhərlənib, 46 nəfər həyatını itirib – RƏSMİ

589395

Ötən il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1188 nəfər qəbul edilib.

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumata görə, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 1142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
 

Pasiyentlərin 495 nəfəri dərman preparatlarından, 1 nəfəri siçan dərmanından (rodentisid), 1 nəfəri həşərat dərmanından, 352 nəfəri sirkə turşusundan, 8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri kimyəvi məhlullardan, 65 nəfəri allergik reaksiyalardan, 40 nəfəri fosfor üzvi birləşmələrindən, 18 nəfəri anafilaktik şokdan, 13 nəfəri tüstüdən, 66 nəfəri dəm qazından, 78 nəfəri ilan sancmasından, 1 nəfəri neft məhlulundan, 5 nəfəri yabani bitkilərdən, 6 nəfəri həşərat dişləməsindən, 22 nəfəri spirtli içkilərdən,4 nəfəri isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.


Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 46 nəfərin (32 kişi və 14 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO