“Azərbaycan Uşaqları” İctimai Birliyinə 841 müraciət daxil olub

“Azərbaycan Uşaqları” İctimai Birliyinə 841 müraciət daxil olub

Hazırda oxunan: “Azərbaycan Uşaqları” İctimai Birliyinə 841 müraciət daxil olub

589357

2025-ci il ərzində “Azərbaycan Uşaqları” İctimai Birliyinə 841 müraciət daxil olub.

Bu barədə Bizim.Media-ya “Azərbaycan Uşaqları” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, ötən il il ərzində Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzi” tərəfindən ümumilikdə 172 nəfər uşağa xidmət göstərilib.

İl ərzində mərkəzə 71 nəfər uşaq qəbul olunub. Onlardan 4 nəfəri oğlan, 67 nəfəri isə qızdır.

Qəbul edilən azyaşlılardan 23 nəfəri cinsi zorakılığa, 25 nəfəri məişət zorakılığına məruz qalıb. 5 nəfər erkən nikah, 11 nəfər sosial baxımsızlıq, 7 nəfəri isə sosial media oyunlarının qurbanı olan uşaqlardır.
 

Qeyd edilən uşaqların hər biri hüquq mühafizə orqanları və müvafiq dövlət qurumları tərəfindən sığınacağa yerləşdirilib.


2025-ci il ərzində ailələrdə dəstək göstərilmiş uşaqların sayı 193 nəfər olub. Hesabat dövründə “Qaynar Xətt”ə daxil olmuş 349 müraciət aidiyyəti dövlət qurumlarına yönləndirilib.

Bundan əlavə, həyatı təhlükə altında olan, erkən evliliyə məcbur edilmə və nişan mərasimi ilə bağlı daxil olmuş 127 müraciət Daxili İşlər Nazirliyinə göndərilmiş, hüquq mühafizə orqanları tərəfindən vaxtında tədbirlər görülərək belə halların qarşısı alınıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO