Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonunun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü 32 yaşlı Orucov Faiq Şükür oğlu ağır xəsarət alıb. Avtomobildə olan 24 yaşlı Balakən rayon sakini Orucova Kəmalə isə hadisə yerində həyatını itirib.
Qəza zamanı xəsarət alan digər şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



Bizim.Media, Aran bürosu




































































































