DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

589349

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

“Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

Sürücülərə tövsiyə olunur:

• Hərəkətə başlamazdan əvvəl duman faralarının və əsas işıqlandırma sistemlərinin sazlığını yoxlayın;

• Sürət həddini görünüş məsafəsinə uyğun seçin, qəfil manevrlərdən və ötmələrdən çəkinin;

• Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz məsafəni qoruyun;

• Zərurət olmadıqca dumanlı hava şəraitində səfərləri təxirə salın;

• Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:

• Yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçin;

• Qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəks etdirən geyimlərə üstünlük verin;

• Yolun hərəkət hissəsinə qəfil çıxmaqdan çəkinin;

• Unutmayın ki, dumanlı havada sürücünün sizi vaxtında görməsi çətinləşir”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb:

“Bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol – birgə məsuliyyətdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO