Tiktoker qardaşların da cinayət işinə XİTAM VERİLDİ

Tiktoker qardaşların da cinayət işinə XİTAM VERİLDİ

Hazırda oxunan: Tiktoker qardaşların da cinayət işinə XİTAM VERİLDİ

589335

"TikTok" sosial şəbəkəsində qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmaqda təqsirləndirilən tiktokerlər Emin və Rəşad Abdullayev qardaşları barədə başlanmış cinayət işinə xitam verilib.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a təqsirləndirilən şəxslərin vəkili məlumat verib. O, bildirib ki, iş üzrə istintaq yekunlaşıb.

Xatırladaq ki, tiktokerlər Emin və Rəşad Abdullayev qardaşları 2024-cü ildə həbs edilmişdi.
 

Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunublar.


Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO