Azərbaycanda 74 stomatoloq qanunsuz fəaliyyət göstərirmiş

Azərbaycanda 74 stomatoloq qanunsuz fəaliyyət göstərirmiş

Hazırda oxunan: Azərbaycanda 74 stomatoloq qanunsuz fəaliyyət göstərirmiş

589253

Azərbaycanda ötən il ərzində 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin müddətdə 33 lisenziya şərtləri sualı üzrə, 16 lisenziya olmadan iş və fəaliyyət, 8 lisenziyadan kənar iş və fəaliyyət, 9 sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2 lisenziya olmadan iş və fəaliyyət, Sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5 sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı aşkarlanıb.

Bir nəfərdə isə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma faktı aşkarlanıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO