Arvadına uşaqlarının gözü qarşısında 16 bıçaq zərbəsi vuran şəxslə bağlı QƏRAR

Arvadına uşaqlarının gözü qarşısında 16 bıçaq zərbəsi vuran şəxslə bağlı QƏRAR

Hazırda oxunan: Arvadına uşaqlarının gözü qarşısında 16 bıçaq zərbəsi vuran şəxslə bağlı QƏRAR

589223

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhd və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Yusif Tahirovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 11 mart 2025-ci il tarixdə Bərdə şəhərində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Yusif Tahirov 2021-ci ildə boşandığı, keçmiş arvadı, zərərçəkmiş Aygün Kazımova (soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının 2015-ci il təvəllüdlü oğlu evdə tək qoyması, 2017-ci il təvəllüdlü qızını isə saxlaması üçün başqa şəxslərə verməsi, aliment ödəməsinə baxmayaraq hər iki uşağını onunla görüşdürməməsi, uşaqlara normal baxmaması səbəb olub. Yusif də bunlara görə Aygünə irad tutub. Keçmiş arvadı isə ona “get, nə bilirsən et” sözlərini deyib. Bundan əsəbiləşən Yusif ovçular mağazasından bıçaq alaraq, zərərçəkmiş şəxsin yaşadığı evə gedib. O, otağa daxil olan təqsirləndirilən şəxs azyaşlı övladlarının gözü qarşısında Aygünə ümumilikdə 16 bıçaq zərbəsi endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra Yusif Tahirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO