Sabiq nazir dövlətə olan 2,2 milyon borcunu ödəyib

Sabiq nazir dövlətə olan 2,2 milyon borcunu ödəyib

Hazırda oxunan: Sabiq nazir dövlətə olan 2,2 milyon borcunu ödəyib

589210

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan şirkətlərdən biri olan "İmprotex Industries” MMC külli miqdarda vergi borcunu ödəyib.

Bizim.Media Teleqraf.az-a istinadən xəbər verir ki, “İmprotex Industries” MMC 2 milyon 223 min manat məbləğində vergi borcunu tam şəkildə dövlət büdcəsinə köçürüb.

Bildirək ki, şirkətin qanuni təmsilçisi sabiq nazirin qardaşı oğlu Ruslan Ələkbərovdur.

Qeyd edək ki, “Improtex” qrupu 1991-ci ildə yaradılıb. Füzuli Ələkbərovun nazir vəzifəsində çalışdığı dövrdə holdinqə onun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edib.

Hazırda şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO