Papaqsız gəzənlərin NƏZƏRİNƏ

Papaqsız gəzənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Papaqsız gəzənlərin NƏZƏRİNƏ

589208

Qış aylarında papaqsız gəzmək sağlamlıq üçün bir sıra problemlər yarada bilər.

Bizim.Media xəbər verir ki, həkim İvan Zarubin bildirib ki, soyuq havada başı açıq gəzmək baş və boyun nahiyəsində damarların yığılmasına səbəb olur.

Bu isə xüsusilə həssas insanlarda baş ağrısı, başgicəllənmə və qan təzyiqinin qalxması ilə müşahidə oluna bilər.

Mütəxəssis əlavə edib ki, qulaqların soyuqdan lazımi səviyyədə qorunmaması onların həddindən artıq üşüməsinə və nəticədə qulaq iltihabının yaranmasına şərait yaradır. Onun sözlərinə görə, soyuq hava birbaşa xəstəlik törətməsə də, orqanizmin müdafiə mexanizmini zəiflədir və virusların
fəallaşması üçün daha uyğun mühit formalaşdırır. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO