Bu il maaş və pensiyalar nə qədər artırılacaq? - AÇIQLAMA

Bu il maaş və pensiyalar nə qədər artırılacaq? - AÇIQLAMA

Hazırda oxunan: Bu il maaş və pensiyalar nə qədər artırılacaq? - AÇIQLAMA

589197

"Sosial istiqamətdə bir sıra artımlar qanunvericiliklə tənzimlənir. "Əmək pensiyaları haqqında" qanuna əsasən, 2026-cı ildən etibarən əmək pensiyalarının əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinin indeksləşdirilərək artırılması nəzərdə tutulub".

Bizim.Media xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu ondan xəbər verir ki, bu il əmək pensiyaları orta hesabla 9,2% indeksləşdirilərək artırılacaq:

"Artım bütün növ əmək pensiyalarını əhatə edəcək. Belə ki, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək  pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlar olacaq. Təxminən 1 milyon 100 mindən artıq vətəndaşımızın pensiya məbləğlərində artımların olacağı gözlənilir. Eyni zamanda ehtiyac meyarının artırılması nəticəsində ünvanlı sosial yardımın məbləği artacaq. Ünvanlı sosial yardımın məbləğində artımların olacağı gözlənilir. Bu, yeni ünvanlı sosial yardım alacaq vətəndaşlarımıza şamil olunacaq".

Deputat bildirib ki, maaşlardakı artımlar birbaşa sərəncamlarla tənzimlənir:

"2025-ci ildə minimum əməkhaqqının artırılaraq 400 manata çatdırılması baş verdi. Eyni zamanda bir sıra sektorlarda əməkhaqqı artımları oldu. Nazirlər Kabineti tərəfindən vəzifə maaşlarının uyğunlaşdırılması ilə bağlı əməkhaqqılarının artırılması reallaşdı. O baxımdan 2026-cı ildə də sosial istiqamətdə baş verən dəyişikliklərlə bağlı izahatlar təqdim olunacaq.

Bütövlükdə dövlət büdcəsindən sosial istiqamətə 17,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da büdcə xərclərinin 41 faizindən çoxdur. 2026-c ildə sosial təminat tədbirləri prioritet olaraq qalmaqdadır".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO