Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəstəxanalıq olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “VAZ 2107” markalı avtomobilin qəzaya uğraması nəticəsində 2001-ci il təvəllüdlü Vahid Zeynalov və onun həmyaşıdı Xəyal Atayev müxtəlif bədən xəsarətləri alıblar.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu


































































































