Elmar Allahverdiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Elmar Allahverdiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Elmar Allahverdiyev yeni vəzifəyə TƏYİN OLUNDU

589133

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev vəzifəsindən azad olunub.

Bizim.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

İnstitutun İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Hikmət Nəsibova tapşırılıb.
 

E.Allahverdiyev isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə başlayıb. Belə ki, o, agentlik sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri vəzifəsinə təyin olunub.


Şöbəyə müvəqqəti rəhbərlik edən Cavidan Quliyev isə fəaliyyətini müdir müavini vəzifəsində davam etdirir.

Qeyd edək ki, E.Allahverdiyev 2011-2012-ci illərdə İnstitutun emal, saxlama və keyfiyyət laboratoriyasında böyük laborant, 2012-2013-cü illərdə təsərrüfat işləri üzrə qrup rəhbəri vəzifəsində işləyib.

2013-2016-cı illərdə institutda direktor müavini vəzifəsində çalışıb. 2018-ci ildən isə İnstituta rəhbərlik edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO