Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
Bizim.Media Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2025-ci ildə oğlan uşaqlarına ən çox verilən ad Uğur olub. 1721 uşağa Uğur adı qoyulub.
Bundan əlavə, doğumu qeydə alınmış oğlanlardan 1301-nə Raul, 1164-nə Hüseyn, 1151-nə Əli, 1100-nə Yusif adı verilib.
Qız uşaqları arasında isə Melisa adı birinci olub. Ötən il ərzində bu ad 1200 uşağa verilib.
Bundan əlavə, yeni doğulmuş qızlardan 1129-na Zeynəb, 1127-nə Məryəm, 1112-nə Nilay, 1095-nə isə Aylin adı qoyulub.

Bizim.Media


































































































