Atasının telefonunu oğurlayıb 60 manata satdı

Atasının telefonunu oğurlayıb 60 manata satdı

Hazırda oxunan: Atasının telefonunu oğurlayıb 60 manata satdı

588961

Bakıda atasının telefonunu oğurlayan şəxs həbs edilib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü gənc iki dəfə oğurluq edib. O, Xalqlar metrosu yaxınlığında bir vətəndaşa məxsus 10 kiloqram fındıq və 5 kiloqram ləpəni götürüb. Daha sonra isə evdə olarkən atasına məxsus "Samsung" markalı mobil telefonu stolun üzərindən götürərək 60 manata satıb.
 

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O bildirib ki, borcları olduğu üçün bu addımı atıb və səhv etdiyini anlayır. Şəxs azadlıqda qalaraq zərərçəkənlərin pulunu ödəmək istədiyini deyib.


Zərərçəkmiş ata məhkəmədə bildirib ki, telefon təxminən 100–150 manat dəyərində olub və o, şikayətindən imtina etməyib. Digər zərərçəkmiş şəxslə də barışıq əldə olunmayıb.

Məhkəmə tərəflər arasında barışıq olmadığını və dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq, gənc barəsində bir ay inzibati həbs cəzası seçib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO