Axşam radələrində Oğuz rayonunun Bucaq kəndi ərazisində qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bucaq kəndi ərazisində “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olan Sarvan Piriyev idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca dəyib.
Sürücü, onun 40 yaşlı həyat yoldaşı Cəhanə Piriyeva və ailənin azyaşlı övladı Ayan Piriyeva xəsarət alıb.
Hadisə yerinə Təcili tibbi yardım briqadası cəlb olunub. Daha sonra yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi aparılır.
Baş vermis avtomobil qəzası ilə bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu




































































































