Yekaterinburqda Səfərov qardaşlarına məxsus kafenin adı dəyişdirildi - VİDEO

Yekaterinburqda Səfərov qardaşlarına məxsus kafenin adı dəyişdirildi - VİDEO

Hazırda oxunan: Yekaterinburqda Səfərov qardaşlarına məxsus kafenin adı dəyişdirildi - VİDEO

588923

Yekaterinburqda Səfərov qardaşlarına məxsus olan kafe söküntü təhlükəsindən xilas edilib və hazırda başqa adla – “U Ozera” (“Göl kənarında”) fəaliyyətini davam etdirir.
 

MÖVZU İLƏ BAĞLI: 

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının cənazəsi Ağcabədiyə gətirildi - FOTO


Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya KİV-ləri yayıb.

Məlumata görə, obyektin sahibləri şəhər administrasiyasının tikilinin sökülməsi ilə bağlı qərarından məhkəməyə şikayət ediblər. Məhkəmə təminat tədbirləri tətbiq edib və yekun qərar çıxana qədər söküntü dayandırılıb. Bundan sonra kafe yeni ad altında bərpa olunub.

Səfərov qardaşları kimlərdir?

Səfərov qardaşları Yekaterinburqda uzun illərdir fəaliyyət göstərən azərbaycanlı ailəyə mənsub olublar və əsasən iaşə və biznes sektoru ilə məşğul olublar. Son illərdə onların adı rezonans doğuran kriminal hadisələr fonunda gündəmə gəlib.

Ötən il həmin qardaşlardan ikisi rus OMON-u tərəfindən vəhşicəsinə öldürülüb, digər qardaşlar isə ağır maddələrlə ittiham olunaraq həbs edilib və istintaq təcridxanasına yerləşdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO