Zaqatalada xurma istehsalı sexi yandı - FOTO/VİDEO

Zaqatalada xurma istehsalı sexi yandı - FOTO/VİDEO

Hazırda oxunan: Zaqatalada xurma istehsalı sexi yandı - FOTO/VİDEO

588919

Zaqatala rayonunun Muxax kəndində, kənd sakini Vidadi Yusubova məxsus xurma sexində yanğın olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.
 

Yanğın zamanı həyətdəki çardax, sexin yanar konstruksiyaları, sexdə olan xurmanın bir hissəsi və daşınma üçün istifadə olunan odun və plastik yeşiklərin xeyli hissəsi yanıb.


Yanğın qısa müddət ərzində söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbi hələki məlum deyil.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO