Bu gün ABŞ ordusuna məxsus “Delta Force” xüsusi təyinatlıları Venesuella prezidenti Nikolas Maduro və arvadı Siliya Floresi ələ keçirərək, ABŞ-a aparıblar.
Bizim.Media lent.az-a istinadən Nikolas Maduro haqqında məlumatı təqdim edir.
- Nikolas Maduro kimdir və prezidentliyə necə gəlib?
Nikolas Maduro Moros 23 noyabr 1962-ci ildə anadan olub və Venesuelanın siyasi həyatında mühüm rol oynayan simalardan biridir. O, uzun illər Huqo Çavezə yaxın müttəfiq kimi tanınıb. Gəncliyində Karakas Metrosunda avtobus sürücüsü kimi işləyib və işçilərin sindikat (həmkarlar ittifaqı) fəaliyyətində fəal iştirak edib. Daha sonra 2006–2012-ci illərdə Venesuelanın xarici işlər naziri, 2012–2013-cü illərdə isə vitse-prezident olub. Hugo Çavez 2013-cü ildə vəfat etdikdən sonra keçirilən növbədənkənar prezident seçkilərində Maduro qalib gələrək may ayında prezident kimi and içib.
- Maduronun uşaqlıq illəri hansı sosial mühitdə keçib?
Nikolas Maduro Karakas şəhərində fəhlə sinfinə mənsub, solçu baxışlara sahib bir ailədə dünyaya gəlib. Bu mühit onun gələcək ideoloji mövqeyinin formalaşmasında mühüm rol oynayıb.
- Onun ailə mənşəyi nələrlə diqqət çəkir?
Maduronun atası Nicolás Maduro García tanınmış işçi sindikatı lideri olub. Anası isə Kolumbiyanın Cúcuta şəhərindən Venesuelaya köçmüş immiqrant idi. Bu ailə mühiti Maduronun erkən yaşlardan sosial bərabərlik və işçi hüquqları mövzularına yaxın olmasına təsir göstərib.
- Maduro niyə ali təhsil almadan əmək fəaliyyətinə başlayıb?
Maduro lise (orta məktəb) təhsilini yarımçıq buraxıb. Bunun ardınca Karakas Metrosunda avtobus sürücüsü kimi işləməyə başlayıb. O, bu işi sadəcə qazanc mənbəyi kimi yox, həm də sosial mübarizə meydanı kimi görüb.
2013-cü ildə Maduro siyasi müttəfiqi, keçmiş Milli Məclis sədri Cilia Flores ilə evlənib. Onların birgə övladı yoxdur, lakin Cilianın əvvəlki nikahından olan üç oğlu Maduro ailəsinə daxil olub.
- Maduronun şəxsi maraqları nələrdir?
O, xüsusilə 1960–70-ci illərin rok musiqisini sevir. Con Lennon Maduronun ən sevdiyi musiqiçilərdən biri kimi tanınır.
- Maduro hakimiyyəti dövründə daxili siyasətdə nə baş verib?
Maduronun prezidentliyi dövründə Venesuelada daxili siyasət əsasən avtoritar üsullarla aparılıb. 2015-ci ildə müxalifətin nəzarətinə keçən Milli Məclisin fəaliyyəti məhdudlaşdırılıb.
- Referendum niyə ləğv edilib?
2016-cı ildə planlaşdırılan prezidentə qarşı referendum ləğv olunub. Konstitusiya Məhkəməsi vasitəsilə parlamentin səlahiyyətləri xeyli azaldılıb.
- Konstitusiya Assambleyası nə məqsədlə yaradılıb?
2017-ci ildə hakim partiyanın üstünlük təşkil etdiyi yeni Konstitusiya Assambleyası çağırılıb və ölkənin konstitusiyası yenidən yazılıb.
Venezuela Sokakta: Maduro'dan Parlamento için Erken Seçim Çağrısı
- Müxalifətə münasibət necə olub?
Bu dövrdə Maduro hökuməti bir sıra müxalifətçiləri, o cümlədən tanınmış lider Leopoldo Lópezü həbs etdirib və siyasi təzyiqləri artırıb.
- Maduronun çıxışları niyə tez-tez gündəm olur?
Maduro çıxışlarında dramatik və anti-imperialist ritorikaya üstünlük verir. Onun emosional, iddialı və bəzən sərt ifadələri tez-tez beynəlxalq mediada rezonans doğurur.
- Ən çox müzakirə olunan bəyanatlarından biri hansıdır?
2013-cü ildə Maduro ABŞ Prezidenti Barak Obamanı “şeytanın ali başçısı” adlandırıb və Venesuelaya qarşı planları ABŞ-ın imperialist qüvvələri ilə əlaqələndirib.
Venezuelan President Calls NSA Spying on State Oil Company “Vulgar,” Orders Official Inquiry
- Bu üslub haradan qaynaqlanır?
Bu cür ritorika Huqo Çavez dövründən miras qalıb. Çavez də 2006-cı ildə ABŞ Prezidenti Corc Buşa qarşı eyni ifadəni işlətmişdi.
- Maduronun nitqlərində tez-tez hansı şüarlar səslənir?
Onun çıxışlarında “sevgi və qanunla qələbə” kimi şüarlar tez-tez yer alır və o, xarici gücləri açıq şəkildə tənqid etməkdən çəkinmir.
- Maduro hansı Azərbaycanlı məşhurla görüşüb?
Venesuela Prezidenti Nikolas Maduro Türkiyəyə səfəri çərçivəsində məşhur türk serialı "Kuruluş Osman"ın yaradıcı heyəti ilə görüşmüşdü. Prezidentlə görüşənlər arasında azərbaycanlı kikboksçu Zabit Səmədov da olub.
- Nikolas Maduro ABŞ tərəfindən nə vaxt ələ keçirilib?
Bu gün ABŞ ordusu Venesuelanın paytaxtı Karakas şəhərinə zərbələr endirib. Daha sonra “Delta Force” xüsusi təyinatlıları prezident Nikolas Maduro və arvadı Siliya Floresi ələ keçirərək, ABŞ-a aparıblar.
Bizim.Media




































































































