Səfərə hazırlaşan sürücülər, ilk növbədə, nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeyri-iş günlərinin başa çatması ilə əlaqədar respublikanın avtomobil yollarında gözlənilən vəziyyətlə bağlı sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir.
"Dəyərli sürücülər, yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin. Uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin və nəqliyyat vasitənizin texniki vəziyyətinə diqqət yetirin", - məlumatda vurğulanıb.
Sərnişinlərə isə mənzil başına təhlükəsiz çatmaları üçün qanunla üzərilərinə düşən vəzifələri yerinə yetirmək, sürücünün diqqətini yayındıran hərəkətlərdən çəkinmək, nəqliyyatı idarəetmə zamanı onların əhval-ruhiyyəsinin dəyişməsinə, yol verdikləri qayda pozuntularına biganə qalmamaq və qanunsuz sərnişindaşıma prosesinin iştirakçısı olmamaq tövsiyə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:05 / 04.01.2026
DYP-dən sürücülərə MÜRACİƏT: Yuxusuz sükan arxasına əyləşməyin!
Hazırda oxunan: DYP-dən sürücülərə MÜRACİƏT: Yuxusuz sükan arxasına əyləşməyin!
Hazırda oxunan: DYP-dən sürücülərə MÜRACİƏT: Yuxusuz sükan arxasına əyləşməyin!
588895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































