Azərbaycanın bəzi bölgələrində artıq qar yağır, dağlıq və dağətəyi ərazilər ağ örtük altındadır.
Amma Bakı hələ də qara həsrət qalıb və paytaxt sakinləri qarın nə vaxt yağacağını maraqla gözləyir.
Bakıda yaxın günlərdə qarın yağması ehtimalı varmı?
Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Arzu Mustafayevin sözlərinə görə, Azərbaycan ərazisində hava şəraitinə əsasən altı regionda formalaşan hava kütlələri təsir göstərir:
“Qarın düşməsi isə daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. Bu zonalarda dəniz səviyyəsindən hündürlük, havanın temperaturu və atmosfer təzyiqi fərqlidir. Yağıntıların sulu qar və ya qar şəklində düşməsi məhz bu atmosfer şəraitində temperaturun mənfi dərəcələrdə olmasından qaynaqlanır”.
A.Mustafayev deyib ki, qar olmasa da, bəzi yerlərdə gecələr temperatur sıfır dərəcə və hətta mənfi ola bilər:
“Bakı ərazisində qarlı yağış olmasa da, gecələr şaxta davam edəcək. Yanvarın 10-12-si arası yağıntıların konkret forması və miqdarı daha dəqiq müəyyənləşəcək. Bu dövrdə sulu qar və ya qar şəklində yağıntı gözlənilir. Ümumilikdə isə növbəti bir neçə gün ərzində böyük və intensiv yağışlar proqnozlaşdırılmır”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:06 / 04.01.2026
Bakıya bu tarixdə qar yağacaq – Dəqiq gün AÇIQLANDI
Hazırda oxunan: Bakıya bu tarixdə qar yağacaq – Dəqiq gün AÇIQLANDI
Hazırda oxunan: Bakıya bu tarixdə qar yağacaq – Dəqiq gün AÇIQLANDI
588862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































