4 yanvarda güclü maqnit qasırğası olacaqmı? – Alimlərin proqnozu

4 yanvarda güclü maqnit qasırğası olacaqmı? – Alimlərin proqnozu

Hazırda oxunan: 4 yanvarda güclü maqnit qasırğası olacaqmı? – Alimlərin proqnozu

588857

Alimlərin proqnozuna görə, 4 yanvar 2026-cı il tarixində güclü maqnit qasırğası gözlənilmir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Britaniya Geoloji Xidməti yayıb.

Belə ki, 3 yanvarda müşahidə olunan maqnit qasırğasına səbəb olan Günəşdən gələn yüksək sürətli axın artıq zəifləyib.
 

Bildirilir ki, 1 yanvarda Günəşdə baş verən tac kütlə atılması 4–5 yanvar tarixlərində Yerə təsir göstərə bilər, lakin bu təsir qısamüddətli və zəif olacaq. Ümumilikdə, bu gün və sabah geomaqnit vəziyyətin sakit, yalnız G1 səviyyəli zəif maqnit qasırğalarının qısa müddət ərzində baş verə biləcəyi gözlənilir.


Mütəxəssislərin sözlərinə görə, G1 səviyyəli maqnit qasırğaları adətən ciddi təhlükə yaratmır. Yalnız radioəlaqədə cüzi pozuntular, naviqasiya sistemlərində zəif sapmalar və hava şəraitinə həssas insanlarda yorğunluq, baş ağrısı və yuxu pozuntusu kimi yüngül əlamətlər müşahidə oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO