Təyyarə boyda quş olub?

Təyyarə boyda quş olub?

Hazırda oxunan: Təyyarə boyda quş olub?

588855

Təxminən 6–8 milyon il əvvəl indiki Argentinanın üzərində Argentavis magnificens adlı nəhəng quş uçub.

Bizim.Media xəbər verir ki, bu barədə evolyusion biolog Skott Trevers Forbes üçün yazıb.

Alimlərin araşdırmalarına görə, arqentavisin qanad açıqlığı 5–7 metr, çəkisi isə 70–80 kiloqram olub. Bu göstəricilər onu elmə məlum ən iri uçan quş edir.

Argentavis Teratornithidae adlı nəsli kəsilmiş yırtıcı quşlar qrupuna aid olub. O, əsasən planer kimi süzərək uçur, qanadlarını nadir hallarda çırpırdı. Uçuş sürətinin 60–70 km/saat olduğu ehtimal edilir.

Tədqiqatçılar bildirirlər ki, bu quş uzunmüddətli aktiv uçuşa uyğun olmayıb, daha çox külək axınlarından istifadə edərək böyük məsafələr qət edib. Qidalanma baxımından isə leş yeyən və yırtıcı olub.

Mütəxəssislərə görə, arqentavisin havaya qalxması da asan olmayıb. O, əsasən meyilli səthlərdən, qarşı küləkdən və isti hava şəraitindən istifadə edərək uçuşa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO