Bakıda səhərəcən işləyən yeganə restoranda dava - Video

Bakıda səhərəcən işləyən yeganə restoranda dava - Video

Hazırda oxunan: Bakıda səhərəcən işləyən yeganə restoranda dava - Video

588839

Bakının Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən məşhur “Liman” restoranında gecə dava düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə sakinlər Axar.az-a məlumat verib.

Təqdim edilən videonun 02:00 radələrində çəkildiyi bildirilib.

Sakinlərin sözlərinə görə, restoranda gecə saatlarından dava adi hal alıb və vaxtaşırı olaraq baş verir. Sakinlər bunu sübut edən onlarla videonu da təqdim etməyə hazır olduqlarını bildirirlər.

Qeyd edək ki, qanunvericiliyə görə, Azərbaycanda gecə 12:00-a qədər bütün əyləncə mərkəzləri və restoranlar fəaliyyətini dayandırmalıdır. Ancaq görünür, bu qanun Yasamaldakı restorana aid deyil və gecə fəaliyyəti ilə ərazidəki sakinlərin həyatını cəhənnəmə çevirib.

P.S. Videoda qeyri-etik ifadələr olduğu üçün redaktə olunmuş variant təqdim edilir:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO