"Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər" təsdiq edilib.
Bizim.Media xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Qərara əsasən, bu tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə (bundan sonra - avtomobil nəqliyyatı vasitələri) dair tələbləri müəyyən edəcək.
Avtomobil nəqliyyatı vasitələri aşağıdakı tələblərə cavab verməlidir.
Konstruksiya, qurğu və avadanlıqlar üzrə:
"AYNA" informasiya sisteminə inteqrasiya edilən və real vaxt rejimində məlumat mübadiləsi aparan aşağıdakı qurğu və avadanlıqlarla təchiz edilməlidir: qlobal mövqetəyinetmə sistemi (GPS); gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti; bort avadanlığı (avtomobil nəqliyyatı vasitələrinin daxilində quraşdırılmaqla, onların hərəkətini, idarə edilməsini, sərnişinlərin daşınmasını və gediş haqqının ödənilməsini monitorinq edərək mərkəzi dispetçer sisteminə ötürən qurğu); sərnişin sayğacı (avtomobil nəqliyyatı vasitələrinə minən və düşən sərnişinlərin avtomatik sayılmasını həyata keçirən qurğu).
sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1.000.000 km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi
1.200.000 km-dən artıq olmamalıdır;
dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddətin keçməməlidir;
elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır;
avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasında banın aşağı döşəməli (şəhərətrafı və qəsəbələrarası müntəzəm marşrutlarda avtomobil yollarının faktiki vəziyyəti aşağı döşəməli avtobusların istismarına imkan vermədiyi hallar istisna olmaqla), eləcə də banın səthinin əlilliyi olan şəxslərin təkərli oturacaqlarının və uşaq arabalarının rahat hərəkətinin təmin edilməsi üçün hamar olmalıdır;
əlilliyi olan şəxslərin təkərli oturacaqlarının və uşaq arabalarının avtomobil nəqliyyatı vasitələrinə daxil olması üçün mexaniki və ya avtomatik üsulla açılan pandusun olmalıdır (şəhərətrafı və qəsəbələrarası müntəzəm marşrutlarda istismarı olunan hündür döşəməli avtomobil nəqliyyatı vasitələri istisna olmaqla);
ikinci sərnişin qapısının xarici hissəsində və əlilliyi olan şəxslərin təkərli oturacaqları üçün xüsusi işarələnmiş yerlərdə sürücüyə məlumat vermək üçün düymənin olması, habelə təhlükəsizliyi təmin etmək üçün həmin xüsusi işarələnmiş yerlərdə yumşaq materialdan arxalığın quraşdırılması və təkərli oturacaqların sabitlənməsi üçün qoşalaşmış təhlükəsizlik kəməri olmalıdır;
salonun içərisində görmə və eşitmə pozuntusu (məhdudiyyəti) olan şəxslərin növbəti dayanacaq məntəqəsi barədə məlumatlandırılması üçün monitor və səs sistemi olmalıdır;
sıxılmış təbii qazla işləyən mühərriklə və elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələri üçün yanğınsöndürmə sisteminin avtomatik olaraq aktivləşdirilməsi funksiyasının, habelə işıq və səs ilə müşayiət olun "yanğın xəbərdarlığı" sistemi olmalıdır;
sıxılmış təbii qazla işləyən mühərriklə və elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyəti barədə məlumatın bort avadanlığına real vaxt rejimində ötürülməsini təmin edən sistemi olmalıdır;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"ə;
Məlumat üçün bildirək ki, qərar 2025-ci il oktyabrın 30-da qəbul edilib, noyabrın 6-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:18 / 03.01.2026
Azərbaycanda avtobuslar üçün yeni tələblər qüvvəyə mindi
Hazırda oxunan: Azərbaycanda avtobuslar üçün yeni tələblər qüvvəyə mindi
Hazırda oxunan: Azərbaycanda avtobuslar üçün yeni tələblər qüvvəyə mindi
588833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































