Yemək qoxulu “ƏTİRLƏR” - Yaradıcılıq, yoxsa marketinq hiyləsi?

Yemək qoxulu “ƏTİRLƏR” - Yaradıcılıq, yoxsa marketinq hiyləsi?

Hazırda oxunan: Yemək qoxulu “ƏTİRLƏR” - Yaradıcılıq, yoxsa marketinq hiyləsi?

588789

Təsəvvür edin ki, yolda gedərkən, yaxud hər hansı bir məkandaykən qəfil isti təndir çörəyi, dolma, yaxud dəmə qoyulmuş plov, kabab iyi gəlir... Tez qoxunun gəldiyi tərəfə dönürsünüz, amma ətrafda nə mətbəx var, nə də restoran. Sadəcə bir şüşə ətir var. Mistik, qorxulu filmlər kimi səslənir, deyilmi? Amma burda möcüzə sadəcə yaradıcılıqdadır. 

Son illər Avropada yeməklərin qoxusunu təkrarlayan ətirlər ortaya çıxıb. Bu kəşf ətriyyat dünyasının uğurudur, yoxsa marketinq planı? Yəni insanları acdırmaq, kafe-restoranlara yönəltmək üçün bir kapitalizm hiyləsidirmi? 

Marketoloq Fəhmin Seyidov mövzuyla əlaqədar Bizim.Media-ya deyir ki, qoxuları təqlid edən ətir aroma məhsullarıdır. Onlar xoş rahiyədən çox, şirnikləndirici məqsəd daşıyır: 

“Qoxu əslində yaddaşdır, biz uşaqlıqdan tanıdığımız yeməklərin, içkilərin ətrini bilirik, yaddaşımıza həkk olunur. Qoxu yaddaşımıza “hücum” edəndə onun bir növ həsrətini çəkirik, əldə etmək istəyirik. Yemək qoxularını təkrarlayan,  “yeməli ətirlər” dediyimiz məhsulların hazırlanması bir yenilik və yaradıcılıq hesab olunsa da burada prioritet marketinqdir. Çünki qoxu duyğusu dad duyğusu ilə sıx bağlıdır. İnsan qoxunu iyləyib tanıyanda gözünün önündə canlanan məhsulla emosional bağ yaradır”

Marketoloq həmçinin bildirdi ki, bu “ətir”lər həm də turizmi də təşviq edə bilər. 

“Təsəvvür edin, Azərbaycanda dolma, cürbəcür plov növləri yeyib məmnun qalmış əcnəbi öz ölkəsinin vitrinində bu ətirlərdən görüb istifadə edir. Dərhal çox bəyəndiyi dad və onun aid olduğu ölkə gözündə canlanır. Yenidən səyahət etmək istəyir. Yəni xarici vətəndaşlara “gəl,  bu yeməyi ölkəsində ye” mesajını ötürür”. 

Şəfiqə Şəfa, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO