Neftçalada REYD: Tibbi maska taxmayanlar aşkar edildi – FOTO

Neftçalada REYD: Tibbi maska taxmayanlar aşkar edildi – FOTO

Hazırda oxunan: Neftçalada REYD: Tibbi maska taxmayanlar aşkar edildi – FOTO

58874

Neftçalada ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərə qarşı yol polisi tərəfindən profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya  verilən məlumata görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb.

Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlar veriblər.

Həmçinin profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər də aşkarlanıb.

Qaydaları pozan sürücü və sərnişinlər barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO