Zaqatala rayonunda ağır yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar yolunun şimal qərb massivi ərazisindən keçən hissəsində qeydə alınıb.
35 yaşlı Fərid Məmmədzadə BMW markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində Fərid Məmmədzadə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu



































































































