Gəncədə bir birinə bitişik 3 fərdi yaşayış evində güclü yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağbanlar yaşayış massivində, Faiq Nayramov küçəsində baş verib.
Yanğın zamanı 110 kvadratmetr sahəsi olan ev tamamilə, ikinci evin 40 kvadratmetr, üçüncü evin isə 35 kvadratmetr sahədə dam örtüyü yanıb. Ümumilikdə təxminən 180 kvadratmetr ərazi yanğından zərər görüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin idarəsinin 6 yanğınsöndürən avtomobili və 35-ə yaxın canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun qarşısı tamamilə alınıb və ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı müvafiq araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



































































































