Bayramın üçüncü günündə olsaq da, çoxlarının süfrəsindən qalanlar hələ də soyuduculara sığmır. Bundan başqa tətil günlərində bayram ab-havasından çıxmayanlar yenə də çeşid-çeşid salat və yeməklər hazırlamağa davam edirlər.
Bizim.Media xəbər verir ki, bu yeməklərdən bəzilərinin eyni vaxtda qəbulu təhlükəli nəticələr doğura bilər.
Həkimlər xəbərdarlıq edirlər ki, xüsusilə yağlı yeməklərlə bol tərkibli mayonezli salatların qarışdırılması, həzm traktatını pozmaqla yanaşı, qan təzyiqinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
Orqanizm qarışıq yeməklərlə yükləndiyi üçün gücləndirilmiş iş rejiminə keçir. Bu da vücudun əlavə stress və yüklənməsinə gətirib çıxarır. Həkimlər belə vəziyyətlərdə tövsiyə edirlər ki, insanlar yemək çeşidini azaltsınlar, qan təzyiqini normada saxlayan təbii qidalara üstünlük versinlər.
Bundan başqa, təzyiq qalxıbsa, təxminən bir saat sərin, havalandırılan bir yerdə uzanmaq lazımdır. 4-7-8 yavaş nəfəs alma texnikasından da istifadə edə bilərsiniz: burnunuzdan dörd saniyə nəfəs alın, nəfəsinizi yeddi saniyə saxlayın və sonra ağzınızdan səkkiz saniyə nəfəs verin.
Bizim.Media


































































































