Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Hazırda oxunan: Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

588679

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür. 1992-ci ildə düşmənə qarşı qəhrəmancasına mübarizə aparan Natiq Qasımov təkbaşına 5 gün gecə-gündüz postunu qoruyub. 

Bizim.Media xəbər verir ki, sonradan ermənilər Xocalıda əsir götürülən 22 nəfəri güllələmək hədəsi ilə onu təslim olmağa məcbur ediblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyi barədə Azərbaycan və beynəlxalq təşkilatları məlumatlandırmayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin ötənilki Sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Natiq Qasımov yaddaşlarda daha çox italyan müharibə fotoqrafı Enriko Sarsinin çəkdiyi əlində Azərbaycan bayrağı tutduğu foto ilə qalıb.

Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən Natiq Qasımova həsr edilmiş "Oğul" sənədli filmi də çəkilib.

Azxeber.com-a istinadən Natiq Qasımovun 1989-ci ildə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmət edərkən çəkilən nadir fotolarını təqdim edirik:









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO